“Taliban” İŞİD-dən qisas aldı

“Taliban” hərəkatının nümayəndələri 26 avqust 2021-ci ildə Kabil Beynəlxalq Hava Limanında terror aktı törədən “İslam Dövləti” yaraqlısını öldürüblər. Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyə şərh verən Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, öldürülən “İŞİD-də hücumların planlaşdırılmasında birbaşa iştirak edən əsas fiqur olub”. Eyni zamanda, terrorçunun adı dəqiqləşdirilməyib.

Avqustun 26-da Kabildə silsilə terror aktları baş verib. Həmid Kərzai adına hava limanı yaxınlığında baş verən iki partlayış nəticəsində azı 200 nəfər ölüb, minə yaxın insan yaralanıb. Ölənlər arasında Əfqanıstan mülki vətəndaşları, 13 ABŞ əsgəri, bir neçə Britaniya vətəndaşı və “Taliban” yaraqlıları olub. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ