Bayden prezident seçkisində namizədliyini irəli sürəcək

Co Bayden 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkisində yeni müddətə namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.

“Hər nəslin demokratiyanı müdafiə etməli olduğu anlar var. Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürərkən demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq və biz hələ də mübarizə aparırıq”, - deyə o, “Twitter”də paylaşdığı videomüraciətində bildirib.

ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris 2024-cü il seçkisində Co Baydenlə birlikdə iştirak etməyə hazır olduğunu açıqlayıb. Siyasətçi bu barədə “Twitter” səhifəsində məlumat verib.

Yenidən seçilərsə, Bayden 82 yaşında ABŞ prezidenti kimi ikinci müddətə fəaliyyətə başlayacaq.

Demokratik məmurlar Baydeni dəstəkləyirlər, çünki bunu respublikaçı Donald Trampın yenidən prezident seçilməsinə və ya onun kimi siyasətçinin hakimiyyətə gəlməsinə mane olmaq şansı kimi görürlər.

ABŞ-də prezident seçkisi 2024-cü ilin noyabrına təyin edilib. Tramp 2022-ci ilin noyabrında ən yüksək hökumət postu uğrunda mübarizəyə qoşulduğunu açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ