Medvedev dünyanı nüvə müharibəsi ilə hədələdi

Medvedev nüvə müharibəsi perspektivini dəyərləndirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Bilik Cəmiyyətinin marafonunda çıxışı zamanı nüvə silahından istifadənin yeni münaqişələrə səbəb olduğunu bildirib.

Medvedev qeyd edib ki, dünya müharibəsindən qaçmaq hələ də mümkündür.

“İqlim sizi bu dərəcədə maraqlandırır? Məncə, bu, beş min Kelvin (...) temperaturu olan partlayışın episentrində olmaq perspektivi ilə müqayisədə heç nə deyil. Təəssüf ki, bəli. Və məlum səbəblərdən nüvə müharibəsi riski hər gün artır”, - deyə o bildirib.

Bundan əvvəl NATO baş katibinin müavini Mirça Coana bildirib ki, Şimali Atlantika Alyansı Rusiyadan artan nüvə təhlükəsini görmür. Onun sözlərinə görə, NATO bloku nüvə müharibəsi ilə bağlı mövqeyini dəyişməyib və həyəcan səviyyəsini yüksəltməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ