Türkiyə ordusu “Altay” tankları ilə güclənir - video

Türkiyə Silahlı Qüvvələri aprelin 23-də ilk yerli istehsal olan “Altay” döyüş tanklarını alacaq.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib.

Kütləvi istehsal müqaviləsi 2018-ci ildə imzalanan “Altay” tankının ilkin olaraq 2020-ci ildə istehsala buraxılması planlaşdırılırdı. Lakin prototip mərhələsində olarkən Almaniya mühərriklərin tədarükünə embarqo qoyub.

Türkiyənin BMC şirkətinin direktoru Murat Yalçıntaş bir müddət əvvəl bildirmişdi ki, “Altay” tanklarında Koreya istehsalı olan enerji blokları quraşdırılıb, türk tankları 2026-cı ilə qədər hazır olacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ