Paşinyan özünü Allahla müqayisə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bəyan edib ki, kilsənin hökumətlə münasibəti pisdirsə, deməli, onun Allahla münasibəti pisdir.

Onun sözlərini Sputnik Ermənistan sitat gətirib.

“Çox vaxt hökumət-kilsə münasibətləri pis və ya problemli kimi təqdim olunur. Mən bəyanat verəcəm: əgər kilsə ilə hökumət arasında münasibət pisdirsə, deməli, kilsə ilə Tanrı arasında münasibətlər pisdir”, - Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı vurğulayıb ki, kilsə öz baxışı, mahiyyəti və imanı haqqında düşünməlidir.

Xatırladaq ki, ötən gün erməni katolikosu II Qareqin jurnalistlərə açıqlamasında baş nazir Nikol Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatını yersiz hesab etdiyini bildirib. Onun sözlərinə görə, “erməni xalqı buna dözməyəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ