Rusiya PUA-larla Kiyevə hücum edib

Aprelin 21-nə keçən gecə Rusiya ordusu İran istehsalı olan “Şahed-136” kamikadze-dronları ilə Ukrayna ərazisinə hücum edib. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ümumilikdə 10-a yaxın pilotsuz təyyarə buraxılıb, onlardan səkkizi Ukrayna hərbçiləri tərəfindən vurulub.

Gecə yarısından sonra bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Ölkənin bəzi regionlarında gecə iki dəfə həyəcan siqnalı verilib.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, paytaxt yaxınlığında düşmənin 8-ə yaxın hədəfi məhv edilib. Onun sözlərinə görə, bu, Kiyevə son 25 gündə ilk hücum olub. Nəticədə insanlar xəsarət almayıb, şəhərdə dağıntı olmayıb.

Poltava vilayətində pilotsuz təyyarənin hücumundan sonra mülki infrastruktur obyekti dağıdılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ