Rusiyada şəhərin mərkəzinə döyüş təyyarəsindən sursat düşüb

Aprelin 20-də saat 22:00 radələrində Rusiyanın Belqorod şəhərində güclü partlayış olub. Vatutin və Qubkin küçələrinin kəsişməsində böyük bir çuxur yaranıb, bir neçə avtomobilə ziyan dəyib.

Yaşayış binalarının və mağazaların şüşələri sınıb. Belqorod meri Valentin Demidov zərərçəkmiş evlərin bütün sakinlərinə hoteldə müvəqqəti yerləşdirməyi təklif edib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib ki, şəhərdə “partlayış” baş verib, mərkəzi küçələrdən birində 20 metr radiuslu nəhəng çuxur əmələ gəlib, avtomobillər zədələnib, elektrik xətləri sıradan çıxıb.

Hadisə ilə bağlı ilk məlumatlarda xəsarət alanların olmadığı bildirilib. Lakin sonra Belqorod vilayətinin başçısı iki nəfərin yaralandığını açıqlayıb: orta ağır kəllə-beyin travması alan qadın şəhər xəstəxanasına çatdırılıb. İkinci yaralıya isə yerində tibbi yardım göstərilib.

Partlayışdan iki saat sonra Rusiya Müdafiə Nazirliyi Su-34 qırıcısının Belqorod üzərində uçuşu zamanı “aviasiya sursatının təsdaüfən düşməsi”nın baş verdiyini bildirib. Hərbi idarə hadisənin digər təfərrüatını açıqlamayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ