Paşinyan: Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır

Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır. Bunu jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatçılığımızın və ya istəyimizin dairəsini müəyyən etmişik. Arzumuz missiyanın effektiv olmasıdır. Bu, Ermənistan üçün də, KTMT üçün də, region üçün də vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdirin”, - Paşinyan Ermənistan mətbuatına istinadən yazır.

Ermənistanın baş nazirinin sözlərinə görə, KTMT missiyası Aİ missiyası ilə eyni müstəvidə nəzərdən keçirilməməlidir: "Gəlin KTMT ilə Aİ-ni fərqləndirək. KTMT-nin Ermənistanın təhlükəsizliyini təmin etmək üçün müqavilələri var, Ermənistanın öz müqavilələri var. "

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ