Bolqarıstan Ukrayna taxılının idxalına qadağa qoyub

Bolqarıstan Ukrayna taxılının idxalına müvəqqəti qadağa qoyub. Bu barədə “Reuters” məlumat yayıb.

Baş nazir səlahiyyətlərini icra edən Qıbıb Donev bildirib ki, məhdudlaşdırıcı tədbirlər tranzitə təsir etməyəcək. O vurğulayıb ki, Bolqarıstanın Ukrayna ilə həmrəyliyini davam etdirdiyini, lakin “Bolqarıstan istehsalçılarının müflisləşməsi heç bir şəkildə Ukraynaya töhfə verməyəcək” 

Donev həmçinin qeyd edib ki, Sofiya bu cür tədbirlər görməyə məcburdur, çünki Avropa İttifaqı hələlik Ukrayna taxılına dair vahid siyasət yürütmür.

Bundan əvvəl Ukrayna taxılının və digər bitkilərin idxalı Polşa, Slovakiya və Macarıstan tərəfindən qadağan edilib. Buna səbəb yerli fermerlərin narazılığı olub: ucuz Ukrayna taxılı səbəbindən ərzaq istehsalçıları yerli məhsulları almağı dayandırıblar.

Avropa Komissiyası bu cür hərəkətləri qanunsuz adlandırır, çünki gömrük siyasəti ayrı-ayrı üzv ölkələrin deyil, Aİ-nin səlahiyyətindədir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Şərqi Avropa fermerləri üçün 100 milyon avroluq yardım paketinin hazırlandığını bildirib. O, həmçinin Aİ səviyyəsində bəzi kənd təsərrüfatı məhsullarının ticarəti üçün “profilaktik tədbirlər” görəcəyini vəd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ