Zelenski cəbhə xəttinə gedib - foto + video

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Avdeyevka şəhərind' cəbhə xəttində xidmət edən hərbi qulluqçulara baş çəkib.

Zelenski Donetsk əməliyyat-taktiki qrupunun komandirinin məruzəsini dinləyib, dəniz piyadaları, hava-desant hücumu, mexanikləşdirilmiş və artilleriya birləşmələrinin hərbi heyəti ilə söhbət edib, hərbçilərə dövlət mükafatlarını təqdim edib.

“Mən bu gün burada olmaqdan şərəf duyuram, xidmətinizə görə, torpağımızı, Ukraynanı, ailələrimizi qoruduğunuz üçün sizə təşəkkür edirəm. Sizi Pasxa bayramı münasibətilə təbrik edirəm və sizə yalnız qələbə arzulayıram”, - Zelenski hərbçilərlə görüşündə deyib.

Avdeyevka Donetskdən təxminən 20 kilometr aralıda yerləşir. Rusiya qüvvələri şəhəri daim bombalayır. RF qoşunlarının Ukraynaya geniş miqyaslı hücumundan əvvəl Avdeyevkanın əhalisi təxminən 32,5 min nəfər idisə, indi iki min nəfərdən azdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ