2022-ci ilin ən qanlı müharibəsi Ukraynada olmayıb

2022-ci ildə dünyanın ən qanlı müharibəsi Ukraynada deyil, Efiopiyada olub. Bu barədə “The Economist” Böhran Qrupunun analitik mərkəzinin rəhbərinə istinadən yazır.

 Efiopiyanın Tiqray bölgəsində hökumət və separatçılar arasında sülh razılaşmasının əldə edilməsinə kömək edən keçmiş Nigeriya prezidenti Olusegun Obasanjo 2020-2022-ci illər arasında 600 000 nəfərin öldüyünü iddia edib.

Nəşr qeyd edir ki, “Ukrayna üçün heç bir təxmin bu qədər yüksək səviyyəyə çatmır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ