İranda Ukraynanın Boeing təyyarəsini vuran hərbçilərə hökm oxudu

2020-ci ilin yanvarında Tehran yaxınlığında Ukraynaya məxsus Boeing 737-800 sərnişin təyyarəsini səhvən vuran İran hərbçilərinə hökm oxunub.  İRNA-nın məlumatına görə, on müttəhim bir ildən 13 ilədək həbs cəzası alıb.

Məhkəmə komandirin əmri olmadan Boeing 737-800-ə iki raket buraxan “Tor” hava hücumundan müdafiə sisteminin operatoruna ən böyük cəza verib. Məhkəmənin qərarına əsasən, o, həmçinin zərərçəkmişlərin yaxınlarına təzminat ödəməli olacaq.

“Tor” hava hücumundan müdafiə sisteminin operatorunun adı açıqlanmayıb.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsi yanvarın 8-də Tehran aeroportundan havaya qalxdıqdan az sonra vurulub. 176 nəfər həlak olub. İran rəsmiləri əvvəlcə fəlakətin səbəbini mühərrikin partlaması adlandırsalar da, sonradan səhvən təyyarəyə raketlər atıldığını etiraf ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ