Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi İsrailə səfər edəcək.
Pəhləvi kəşfiyyat naziri Gila Qamlielin (Likud) dəvəti ilə yəhudi dövlətində qonaq olacaq.
Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək.
Bundan əlavə o baş nazir Benyamin Netanyahu və prezident Yitzhak Hersoq ilə birlikdə Qüdsdəki Yad Vaşem Muzeyində keçiriləcək Holokost qurbanlarının anım mərasiminə qatılacaq.
Bir neçə gün davam edəcək səfər zamanı Pəhləvi ölkə rəhbərliyi ilə görüşəcək və İranın su təchizatı sisteminin pisləşdiyi fonunda müasir texnologiyaları şəxsən öyrənmək üçün duzsuzlaşdırma zavodlarına baş çəkəcək.
Pəhləvi “İsrailə açıq səfərlər etmiş şəxslər arasında ən yüksək rütbəli iranlı şəxs” olacaq. İsrail hakimiyyəti bu səfərin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətullah rejiminə birgə müqavimətin ifadəsi” adlandırır. Hesabatda iki dəfə qeyd olunub ki, Pəhləvi İranda “taxtın varisi”dir.