Rusiya hava-desant bölmələrini Baxmuta yerləşdirir - ISW

Rusiya öz hava-desant qüvvələrini Baxmuta (Ukraynanın Donetsk vilayətindəki şəhər) yerləşdirir. Bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər ehtimal edirlər ki, onlar Ukraynanın daha geniş ərazidə mümkün əks-hücumlarının qarşısını almaq üçün yerləşdirilib.

Hesabatda qeyd edilir ki, rusiyalı hərbi bloqçular Ukraynanın Baxmut bölgəsində mümkün əks-hücum əməliyyatından narahatlığını ifadə etməkdə davam edirlər.

“Blogerlərdən biri aprelin 14-də yazıb ki, 106-cı hava-desant diviziyasının bölmələri Yakovlevka yaxınlığında (Baxmutdan 17 km şimal-şərqdə) “Vaqner” muzdlularının cinahını saxlayırlar”, - hesabatda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ