Bayrağımızı yandıran erməni polis şöbəsinin qarşısında təntənə ilə qarşılandı - video

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyan polisə aparılıb.

Bu barədə sosial şəbəkədə vəkil Aleksandr Koçubayev məlumat verib.

“Nikolyan Malatiya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, - Koçubayev yazıb.

O daha sonra polis şöbəsindən buraxılıb. Sosial şəbəkələrdə onun polis şöbəsinin qarşısında təntənə ilə qarşılanmasının görüntüləri yayılıb.

Xatırladaq ki, İrəvanda keçirilən təntənəli mərasimdə dizayner Azərbaycan bayrağını bayraqdarın əlindən qoparıb yandırıb, daha sonra onunla birlikdə səhnədən qaçıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ