FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun Türkiyəyə gətirilib.
Bu barədə “Anadolu” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Mehmet Cintosunun Türkiyəyə gətirilməsi Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.
Bildirilib ki, Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.
Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.