“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” - Paşinyan

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib:

“Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi”.

Paşinyan bildirib ki, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb:

“Beləliklə də, bizim ən böyük səhvimiz bu barədə 2018-ci ildə xalqa izahat verməməyimiz oldu”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

XƏBƏR LENTİ