Aprelin 11-i axşam saatlarında sosial şəbəkələrdə Rusiya hərbçilərinin Ukrayna əsgərini vəhşicəsinə öldürdüyü video yayılıb.
“The Insider”in qeyd edit ki, kadrlar Vladislav Pozdnyakovun Telegram kanalında yayılıb.
Görüntülərin nə vaxt, harada və kimlər tərəfindən lentə alındığı dəqiq məlum deyil. Videodakı yaşıl ot və yarpaqlar onun 2022-ci ilin yayında çəkildiyini deməyə əsas verir.
Səs yazısına görə, əsgərlərdən biri radioda danışıqlar aparır. “İnsayder” jurnalistləri videoda “Varyaq” çağırış işarəsini eşidiblər.
Videonun yayılmasından qısa müddət sonra Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak öz Telegram kanalında bu mesajı yerləşdirib: “Hər şeyin cavabı və məsuliyyəti olacaq”.