Ukraynanın əks-hücumunun yalnız “məhdud ərazi əldə edilməsi” ilə nəticələnəck - ABŞ

ABŞ kəşfiyyatı hesab edir ki, Ukraynanın qoşunların cəmləşməsi ilə bağlı problemləri var, eləcə də sursat və texnika çatışmazlığı Ukrayna Silahlı Qüvvələrinin Kiyevin əks-hücum əməliyyatı ilə bağlı gözləntilərinə uyğun gəlməməsinə səbəb ola bilər.

Bu barədə “The Washington Post” internetə sızan məxfi sənədlərə istinadən yazır.

Qəzetin yazdığına görə, 2023-cü ilin fevralına aid məxfi sənədlərdə deyilir ki, Ukrayna hücumu çox güman ki, yalnız “məhdud ərazi qazancı” ilə nəticələnəcək.

WP-nin məlumatına əsasən, Kiyev hücum zamanı ölkənin şərqindəki əraziləri qaytarmağı planlaşdırır, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusunu Krımdan kəsmək üçün cənubda irəliləyə biləcəyinə ümid edir. Bununla belə, sənəddə deyilir ki, Rusiyanın möhkəmləndirilmiş müdafiəsi ilə Ukrayna əsgərlərinin qeyri-kafi təchizat və təliminin birləşməsi “hücum zamanı irəliləyişi yavaşlatacaq və itkiləri daha da artıracaq”.

Bundan əlavə, qəzetin ABŞ rəsmiləri arasında olan həmsöhbətləri əlavə ediblər ki, bu cür proqnozlar Milli Kəşfiyyat Şurasının qiymətləndirməsi ilə də möhkəmlənib.

Öz növbəsində, jurnalistlərə müsahibə verən Ukrayna rəsmiləri Amerikanın qiymətləndirməsi ilə mübahisə etmədilər, lakin onlar bildiriblər ki, hücumun nəticələrinə daha çox Qərb silahlarının tədarükündə gecikmələr təsir edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ