CNN: Ukrayna hərbi planlarını dəyişdi

Ukrayna ABŞ-ın gizli hərbi sənədlərinin sızması ilə əlaqədar bəzi hərbi planlarını dəyişib.

Bu barədə CNN telekanalı Ukrayna prezidenti Volodimir Zelenskiyə yaxın mənbəyə istinadən məlumat yayıb.

CNN-in məqaləsində bu məlumatın təfərrüatları göstərilmir, lakin qeyd edilir ki, hadisədən sonra hökumət Pentaqonu sənədlər axınını azaltmaq üçün addımlar atmağa sövq edib.

Pentaqonun sözçüsü bildirib ki, Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmilərinin daxil olduğu və ABŞ prezidentinə məsləhətlər verən Birləşmiş Qərargah Rəisləri indi məxfi hesabatları kimin aldığını öyrənmək üçün poçt siyahılarını araşdırır, 

Pentaqon sənədlərin həqiqiliyini öyrənməyə davam edir və onların milli təhlükəsizliyə vurduğu ziyanı araşdırır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ