ABŞ-nin Ukrayna ilə bağlı məxfi sənədlərinin yeni partiyası internetə sızıb.
Bu barədə məlumatı “The New York Times” qəzeti yayıb.
Məlumata görə, ABŞ-nin Yaxın Şərq və Çinlə bağlı da məxfi sənədləri sosial şəbəkələrə sızıb.
Ümumilikdə 100-dən çox sənədin paylaşıldığı bildirilir. Bəzi sənədlərdə onların məzmununun başqa ölkənin nümayəndələrinə məlum olmamalı olduğu qeyd edilib.
Analitiklərin fikrincə, məxfi sənədlərin yayılma miqyası, eləcə də sənədlərin məzmunu ölkə rəhbərliyinə böyük zərbə vura bilər.