Rusiya şəhər döyüşləri üçün “Z hücum bölükləri” yaradır - ISW

Rusiya ordusunda şəhər döyüşlərində istifadə ediləcək “Z hücum bölükləri” yaradılır. Bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

ISW Ukraynanın ehtiyatda olan zabiti olduğunu iddia edən anonim Twitter istifadəçisi “Tatarigami_UA” tərəfindən yazılan mövzuya istinad edir. Sonuncu “Z hücum bölükləri haqqında əsasnamə” adlı sənədin fotolarını dərc edib. Onun bu sənədi necə əldə etdiyi açıqlanmır.

Sənədə əsasən, Z bölükləri ilhaq edilmiş DXR-in 8-ci Əlahiddə Ümumqoşun Ordusu (Cənub Hərbi Dairəsi) və 1-ci Ordu Korpusunun hissələrinin tərkibində yaradılır. Hər bir bölük, ehtimal ki, ehtiyatda olan hərbçilərdən formalaşır. Z bölükləri komanda məntəqələri və ya rabitə mərkəzləri kimi mühüm strateji obyektləri ələ keçirmək üçün şəhərlərdə və ya “coğrafi cəhətdən çətin rayonlarda” döyüş əməliyyatları həyata keçirəcəklər.

Hər bir bölük 100 nəfər şəxsi heyətdən ibarətdir. Buraya dörd “hücum dəstəsi” (hər biri 10 nəfər), dörd atəş dəstəyi bölməsi (hər biri 10 nəfər), beş nəfərlik döyüş-mühəndis komandası, səkkiz nəfərlik kəşfiyyat qrupu, üç nəfərlik tibbi heyət, iki nəfərlik pilotsuz təyyarə heyəti daxildir və iki nəfərdən ibarət komanda heyəti daxildir. Ukraynalı zabitin sözlərinə görə, hücum bölüklərinin şəxsi heyəti 10-15 gün ərzində hazırlanmalıdır ki, bu, ISW-ə görə, “mürəkkəb döyüş tapşırıqları üçün kadrların düzgün hazırlanması üçün təəccüblü dərəcədə qısa müddətdir”.

ISW bu bölüklər Avdeyevka-Donetsk cəbhə xətti boyunca döyüşlərə qatılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ