Saakaşvili ölür

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vəfat etdiyini açıqlayıb. Bu barədə “Politico” yazır.

Saakaşvili vəkil vasitəsilə göndərdiyi mətndə onun səhhətinin həbsdə xeyli pisləşdiyini qeyd edib.

“Ölkədən kənarda lazımi tibbi yardım almasam, tezliklə öləcəyim getdikcə aydınlaşır. Mən ABŞ və beynəlxalq ictimaiyyəti Gürcüstan hökumətinə diplomatik təzyiq göstərməklə, İvanişvili və onun tərəfdaşlarına qarşı iqtisadi sanksiyalar tətbiq etməklə həyatımı xilas etmək üçün mümkün olan hər şeyi etməyə çağırmaqda davam edirəm”, - Saakaşvili bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ