İsrail kütləvi raket atəşinə məruz qalıb - video

İsrailin şimalı Livan ərazisindən raketlərlə vurulub. Qərbi Qalileyada hava xəbərdarlığı elan edilib. 

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Yediot News” yazır ki, İsrail hərbçilərinin məlumatına görə, ölkə ərazisinə 30 raket atılıb. Raketlərin əksəriyyəti Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.

İsrailin 9-cu kanalının məlumatına görə, iki və ya üç nəfər yaralanıb. 

Raket hücumundan bir müddət əvvəl “Hizbullah” hərəkatı aprelin 5-nə keçən gecə Qüdsdəki Əl-Əqsa məscidində İsrail polisinin xüsusi əməliyyatını pisləyib. “Hizbullah” Fələstin qruplarının istənilən tədbirini dəstəklədiyini bildirib. 

Raket hücumundan sonra İsrailin şimalında hava məkanı mülki uçuşlar üçün bağlanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ