Zelenski Baxmutdakı vəziyyətdən danışdı

Baxmutda hazırda ağır vəziyyət var, amma düşmən şəhərə tam nəzarət etmir.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya səfəri zamanı deyib.

O, şəhərdə hər gün situasiyanın dəyişdiyini və müxtəlif silahlarla bağlı çatışmazlıqların olduğunu qeyd edib.

Zelenski qeyd edib ki, Baxmutun bəzi bloklarında Ukrayna ordusu uğur qazanıb irəliləyir, digər istiqamətlərdə isə uğur olmur, və onlar yenə mövqelərə çəkilirlər. 

“Ən əsası biz Baxmutdayıq və düşmən Baxmuta nəzarət etmir - bugünkü vəziyyət belədir. Əməliyyat vəziyyətini general Sırski idarə edir. Təbii ki, onun üçün də, mənim üçün də, əsas şəxsi heyəti itirməməkdir... Bundan da qızğın hadisələrin baş verəcəyi və mühasirəyə düşərək şəxsi heyəti itirə biləcəyimiz təhlükəsi olsa, generalın müvafiq düzgün qərarları olacaq”, - Zelenski Polşa Prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ