ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni yardım paketi ayırdı

Co Bayden administrasiyası Ukraynaya daha 2,6 milyard dollarlıq hərbi yardım paketi göndərəcəyini açıqlayıb.

Pentaqonun saytında yerləşdirilən məlumatda bildirilir ki, ABŞ yaxın gələcəkdə Ukraynaya 500 milyon dollar məbləğində HIMARS çoxillik raket sistemləri, Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlər, həmçinin tank əleyhinə sistemlər, atıcı silahlar və ağır texnika tədarük edəcək.

Bundan əlavə, paketə 2,1 milyard dollar dəyərində hava hücumundan müdafiə sistemləri, artilleriya və tank sursatları, minaatan sistemləri, raketlər və tank əleyhinə sistemlər daxildir. Onlar Amerika müəssisələrindən sifariş edilir, lakin silah və texnikanın Ukraynaya nə vaxt çatdırılacağı bəlli deyil. Pentaqonun hesabatında Ukraynanın nə qədər mərmi alacağı göstərilmir.

AP qeyd edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan Vaşinqton Kiyevə 35 milyard dollardan çox hərbi və digər yardım göstərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ