“Vaqner” Özəl Hərbi Şirkət (ÖHŞ) Baxmutun mərkəzini ələ keçirib. Şirkətin sahibi Yevgeni Priqojin şəxsən Rusiya və ÖHŞ bayraqlarını şəhərin xarabalıqları üzərinə qaldırıb. Ehtimal ki, geri çəkilmə zamanı bina Ukrayna Silahlı Qüvvələri tərəfindən partladılıb. Hazırda Rusiya qüvvələri şəhərin təxminən 70%-nə nəzarət edir. Bununla belə, Ukrayna Silahlı Qüvvələri şəhərin təchizatlarının keçdiyi enzis dəhlizə ən yaxın olan qərb hissəni saxlayır. Əgər Ukrayna ordusu yaxın həftələrdə Baxmut bölgəsində əks-hücum əməliyyatına başlamasa, o zaman, yəqin ki, şəhər tamamilə itiriləcək.
Baxmut
“Vagner” ÖHŞ martın ortalarında şəhərin cənubunda müdafiəni yarmağa müvəffəq olub. İki həftəlik küçə döyüşlərində Baxmutka çayına paralel hərəkət edən muzdlular (onların atəş mövqeləri də orada yerləşirdi) mərkəzə çatıblar. Meriya binasının xarabalıqlarının (eləcə də rayon administrasiyasının binasının) nə vaxt ələ keçirildiyi dəqiq məlum deyil. Priqojin bu barədə aprelin 2-də axşam elan edib və bu bəyanatı bayrağın qaldırılmasını əks etdirən video ilə müşayiət edib. Videoda heç bir atəş səsi eşidilməyib, yəni Ukrayna Silahlı Qüvvələrinin mövqeləri artıq inzibati kvartaldan bir qədər aralıdadır.
Mərkəzə hücum Ukrayna Silahlı Qüvvələrinin təchizatındakı problemlərin nəticəsi idi. Mart ayında Ukrayna komandanlığı yarımmühasirəyə alınmış Baxmutu “materik”lə birləşdirən dar dəhlizə ehtiyat qüvvələr göndərib. Nəticədə, Ukrayna Silahlı Qüvvələri şəhərin mühasirəyə alınmasının qarşısını ala bilib: mühasirənin şimal cəbhəsində Xromovo (Artemovskoye), cənubda isə İvanovskoye (Qırmızı) saxlanılıb. Bununla belə, Ukrayna ehtiyat qüvvələri “Vagner” ÖHŞ muzdlularını Baxmutu 10 kilometr qərbdə Çasov Yar şəhəri ilə birləşdirən yollardan tamamilə geri çəkə bilmədi. Yollar atəşə tutulur, onların üstündə vurulmuç texnika dayanır və onların sayı artır.
Ukrayna Silahlı Qüvvələrinin ehtiyat qüvvələri cəlb etməsindən sonra “Vagner” ÖHŞ əsas hücumların istiqamətini dəyişdi: əgər əvvəllər şəhərin qərbindəki təpələrdə mühasirəni başa çatdırmağa çalışırdısa, indi Ukraynanın ehtiyat qüvvələri və təchizatlarının şəhərə böyük çətinliklə daxil olmasından istifadə edərək birbaşa şəhər ərazisinə hücum edir. Nəticədə muzdlular təkcə cənub və şərqdən deyil, həm də şimaldan mərkəzə çatıblar. Bu, yəqin ki, Ukrayna qoşunlarını mərkəzi tərk etməyə məcbur edib.
“Vagner” ÖHŞ bölmələri də şəhərin şimal-qərb və cənub-qərb kənarlarından irəliləməyə davam edərək, mühasirəni şəhərdən kənarda deyil, düz yaşayış massivində bağlamağa çalışırlar. Cənub-qərbdə, Korsunski küçəsində Ukrayna ordusu onları dayandıra bilib, lakin muzdlular şimal-qərbdə, son günlərdə “Severnıy Stavok” gölməçəsi yaxınlığındakı Posyolok ərazisində bir neçə bloku ələ keçiriblər.
Yalnız Ukraynanın böyük əks-hücumu şəhərin tutulmasının qarşısını ala bilər. Hələlik Ukrayna Silahlı Qüvvələri yalnız lokal əks-hücumlar həyata keçirir, bu həmlələr də həmişə uğurlu olmur. Misal üçün, Ukrayna Silahlı Qüvvələrinin bir qrupunun (ehtimal ki, 30-cu mexanikləşdirilmiş briqadadan) Kramatorsk-Baxmut magistral yolu ilə Minkovka yaxınlığında irəliləmək cəhdi uğursuz olub: Rusiya qüvvələrinin artilleriyası yerləşdirmə mərhələsində hücumu dayandırıb, Ukrayna ordusu texnika və şəxsi heyət arasında itki verib.
Digər istiqamətlər
Demək olar ki, bütün digər istiqamətlərdə Rusiya ordusunun hücumu dayanıb. Liman istiqamətində və Avdeyevka yaxınlığında kiçik irəliləyişlər var (lakin son günlər orada da hücumlar dayanıb və Ukraynanın əks-hücumları başlayıb). Ukrayna Silahlı Qüvvələrinin komandanlığının yaz hücumunu planlaşdırarkən məhz Rusiya ordusunun tükənməsini gözləyirdi. Yəqin ki, əks-hücum yaxın vaxtlarda başlayacaq. Prezident Volodimir Zelenskinin dediyi kimi, “gələn həftə qələbəyə gedən yolda mühüm olacaq”.