Rusiyada hərbi blogeri kafedə “partlatdılar” - video

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

Bu barədə ölkənin fövqəladə xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Mərhumun hərbi jurnalist Vladlen Tatarski olduğu bildirilib. Əsl adı və soyadı Maksim Fomin olan Tatarski Ukraynanın Donbas vilayətindəndir və müharibədə Rusiya tərəfində döyüşüb.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır. İlkin versiyaya görə, insidentə səhnə yaxınlığında quraşdırılmış partlayıcı qurğunun işə düşməsi səbəb olub.

“Fontanka”nın məlumatına görə, kafe Universitetskaya bulvarında, ev 21B-də yerləşir və “Vagner”in təsisçisi Yevgeni Priqojinə məxsus olub. Həftə sonları bu kafedə “Cyberfront Z” müzakirə klubu toplanır. Aprelin 2-də “hərbi zabit” Vladlen Tatarskinin yaradıcılıq gecəsi olub. Tədbirin posterində deyilirdi ki, bloger “güllə yağışı altında olarkən qaynar nöqtələrdən reportaj hazırlamağın nə olduğunu, həmçinin hərbi müxbir olmağın nə demək olduğunu izah edəcək”.

RF Daxili İşlər Nazirliyi partlayış nəticəsində Tatarskinin özünün öldüyünü təsdiqləyib. “Fontanka” xəbər verir ki, qonaq tərəfindən Tatarskiyə hədiyyə olaraq gətirilən büst partlayıb. Büstü Tatarskiyə təqdim edən qadın zalda öz yerində əyləşib. Partlayış beş dəqiqə sonra baş verib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ