Trampa qarşı cinayət ittihamlarının təfərrüatı məlum olub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən azı bir cinayət ittihamı ilə üzləşməyə hazırlaşır. Bu barədə “Associated Press” vəziyyətə yaxın mənbələrə istinadən məlumat yayıb.

AP mənbələri Trampa qarşı cinayət ittihamlarının təfərrüatını açıqlayıb və onların biznes qeydlərini saxtalaşdırdığını vurğulayıblar.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti ona qarşı irəli sürülən ittihamları siyasi təqib adlandırıb. Onun fikrincə, hadisə “tarixin ən yüksək səviyyədə seçkilərə müdaxiləsidir”.

Trampın məhkəməyə gəlişi aprelin 4-nə təyin edilib. Siyasətçinin vəkili Co Takopina bildirib ki, çıxış zamanı siyasətçi təqsirsiz olduğunu bəyan etmək niyyətindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ