Çin prezidenti Si Cinpin Pekində İspaniyanın baş naziri Pedro Sançeslə görüşü zamanı Ukrayna böhranının həlli üçün ekstremal sanksiyaların tətbiqindən imtina etməyə çağırıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Soyuq müharibə təfəkkürü və blok qarşıdurmasını aradan qaldırmaq, həddindən artıq sanksiyalar tətbiq etmək və təzyiq göstərmək siyasətindən əl çəkmək lazımdır”, - Çin lideri bildirib.
"Ümid edirik ki, maraqlı tərəflər dialoq və məsləhətləşmələr vasitəsilə Avropada balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik mexanizmi qura biləcəklər", - Si Cinpin əlavə edib.
Onun sözlərinə görə, Çin əvvəlcə Ukraynadakı münaqişə ilə bağlı ardıcıl və aydın mövqeyə sadiq qalıb, danışıqlar prosesində yardıma və siyasi həllə çağırıb.