Ermənistan parlamentində dava: deputat saxlanılıb

Ermənistan İstintaq Komitəsi müxalifətçi deputat Mher Saakyanı həmkarı ilə dava etdiyinə görə saxlamağa qərar verib.

Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Hadisədən sonra Milli Assambleyanın deputatı Mher Sahakyan cinayət əməli törətməkdə əsaslı şübhə əsasında saxlanılaraq polis şöbəsinə aparılıb. Ermənistan Konstitusiyasının tələbləri nəzərə alınaraq, Milli Assambleyanın sədri onun saxlanılması barədə lazımi qaydada məlumatlandırılıb. "Obyektiv və çoxtərəfli araşdırmanın təmin edilməsi ilə halların tam açıqlanması üçün bütün zəruri prosessual addımlar atılır", - məlumatda deyilir.

Müstəntiqlərin fikrincə, Ermənistan parlament fraksiyasının deputatı Mher Saakyan hakim partiyadan olan deputat Vladimir Vardanyana yüksək tonuna görə əsassız irad bildirib, sonra ona yaxınlaşıb və ona bir zərbə endirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ