Trampa qarşı ittihamlar : O həbs oluna bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftənin əvvəlində mühakimə oluna və ittihamlarla üzləşə bilər. Bu barədə CNN telekanalına vəkili Co Takopina bildirib.

Yayımçının vəkilə istinadən verdiyi xəbərə görə, “Trampın gələn həftənin əvvəlində məhkəmə qarşısına çıxması ehtimalı var”.

The Wall Street Journal daha əvvəl xəbər vermişdi ki, Nyu-York prokurorları adətən təqsirləndirilən şəxslər mühakimə olunana qədər ittiham aktını dərc etmirlər.

“The New York Times” öz növbəsində qeyd edib ki, Tramp cinayət əməlində ittiham olunan ilk hazırkı və ya keçmiş Amerika lideri olub.

Stormy Daniels işi, Trampa qarşı digər ittihamlar kimi, bir çox şərhçinin fikrincə, onun yenidən prezidentliyə namizəd olmaq planlarına təsir edə bilər.

Keçən həftə Reuters-in sifarişi ilə keçirilən sorğuya görə, hətta Respublikaçılar Partiyasının üzvləri arasında təxminən 44% hesab edir ki, Tramp rəsmi ittiham irəli sürülsə, seçkidən çəkilməlidir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamların tarixin ən yüksək səviyyədə siyasi təqib və seçki müdaxiləsi olduğunu bildirib.

"Bu, tarixin ən yüksək səviyyədə siyasi təqib və seçki müdaxiləsidir" o deyip.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ