Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindən bir qədər aralıda rusiyalılar ciddi itki veriblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Rusiya qüvvələrinin sursat və texnika anbarı məhv edilib.
“Baxmutun yaxınlığında 30-cu əlahiddə mexanikləşdirilmiş briqadanın kəşfiyyatçıları ilə 26-cı və 45-ci briqadaların artilleriyaçılarının fəal qarşılıqlı fəaliyyəti nəticəsində Rusiya SQ-nin hərbi texnikası və şəxsi heyəti məhv edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, martın 30-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ötən sutka ərzində rusların Baxmutda ukraynalı hərbçilərə 28 dəfə hücum etdiyini və heç bir uğur əldə etmədiyini açıqlayıb.