“Wall Street Journal”ın müxbiri Rusiyada saxlanıldı

ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

O, ötən gün FTX əməkdaşları tərəfindən Yekaterinburq Tarix Muzeyinin yaxınlığındakı “Bukovski Qril” restoranında saxlanılıb.

Qerşkoviç casusluqda ittiham olunur. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.
Bildirilir ki, Evan rusların “Vaqner” özəl hərbi şirkəti ilə münasibətləri barədə material hazırlayıb, yerli fəallardan müsahibə alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ