Ermənistan Ukraynanı dəstəkləməkdən imtina etdi

Ermənistan, Hindistan və Meksika Ukrayna ilə bağlı ikinci Demokratiya Sammitinin yekun bəyannaməsi bəndini dəstəkləməkdən imtina ediblər.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan sənədin mətni sübut edir.

Qeyd edək ki, Ermənistan bəyanat yayaraq, bu ölkənin ikinci Demokratiya Sammitinin yekun bəyannaməsinə niyə qoşulduğunu açıqlasa da, Ukrayna ilə bağlı bəndi dəstəkləməyib.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin bəyanatında deyilir ki, “bənd bütün münaqişələri və böhranları əhatəli şəkildə əks etdirmədiyinə və Azərbaycanın təcavüzü faktına istinad etmədiyinə görə, Ermənistan bu paraqrafa qoşulmaqdan çəkinir”.

Demokratiya Uğrunda Sammitin yekun bəyannaməsinin bu bəndinə əsasən, onun iştirakçıları “Rusiya Federasiyasından dərhal, tamamilə və qeyd-şərtsiz bütün silahlı qüvvələrini Ukrayna ərazisindən çıxarmağı və hərbi əməliyyatları dayandırmağı” tələb edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ