Ukrayna hərbçiləri Melitopolda rusiyalıları vurdu

Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Melitopol şəhərində partlayış səsləri eşidilib. Bu barədə şəhərin meri İvan Fyodorov Telegram-da bildirib.

“Şəhərin bütün rayonlarında bir neçə partlayış səsi eşidilir. İşğalçılar təlaş içindədirlər. Baş qərargahdan təfərrüatları gözləyirik”, - o yazıb.

Eyni zamanda, müxtəlif mənbələr aerodrom ərazisində bir neçə güclü partlayışın baş verdiyini bildiriblər, lakin məlumatın etibarlı təsdiqi yoxdur.

Bir müddət sonra Rusiya mətbuatı şəhərin fövqəladə hallar xidmətinə istinadən xəbər verib ki, partlayış lokomotiv deposunda olub. Qeyd edilib ki, depoda dağıntılar olsa da, tələfat yoxdur.

Rusiyalıların öz bazalarını qurduqları Melitopoldakı hərbi aerodrom və lokomotiv deposu şəhərin şimal-qərb hissəsində yerləşir. BBC qeyd edir ki, zərbənin hansı vasitə ilə vurulduğu hələlik məlum deyil.

Melitopolun işğalçı hakimiyyətinin fövqəladə hallar xidmətinin nümayəndələri bildiriblər ki, Ukrayna ordusunun Melitopoldakı hədəflərə endirdiyi zərbədən sonra şəhərdə elektrik enerjisi kəsilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ