ABŞ-da məktəbə silahlı hücumun görüntüləri - video

ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində 28 yaşlı transseksualın xristian məktəbinə silahlı hücumunun videogörüntüsü yayımlanıb. 

Kadrlar yerli polis tərəfindən paylaşılıb.

Cinayətkarın 28 yaşlı Odri Elizabet Xeyl olduğu məlum olub. O, öz maşını ilə məktəbə gəlib, avtomatla içəri girib. Qadın əlindəki silahla məktəbdə qarşısına çıxan insanlara atəş açmağa başlayıb.

Xatırladaq ki, hücum nəticəsində altı nəfər həyatını itirib, qadın özü isə polislər tərəfindən güllələnərək öldürülüb. Öldürülənlərdən üçü şagird olub.

Neşvil polis rəisi Con Dreykin sözlərinə görə, hücum edən şəxs əvvəllər bu məktəbdə təhsil alıb, onun üzərində binanın xəritəsi olub və öncədən ciddi şəkildə hücuma hazırlaşıb.

ABŞ Prezidenti Co Bayden atışma baş verən məktəbə baş çəkib və həlak olanların ailələrinə başsağlığı verib.

Bayden növbəti dəfə silahların qadağan edilməsi ilə bağlı qanun layihəsinin irəli sürülməsi məsələsinə dair Konqresə müraciət edib.

Bundan əlavə, ABŞ lideri insidentlə əlaqədar dövlət bayraqlarının yarıya qədər endirilməsi barədə göstəriş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ