ISW Putini danışıqlara sövq edəcək şərtləri açıqlayıb

Rusiya prezidenti Vladimir Putini Ukrayna şərtləri ilə danışıqlara başlamağa inandırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumları lazımdır. Bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin fikrincə, Ukrayna hərbçiləri hərbi əməliyyatların gedişatını dəyişə biləcəklərini göstərməlidirlər.

“Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna elə zərbə vurmalıdır ki, Putinə və onun yaxın çevrəsinə aydın olsun ki, RF qoşunları hərbi əməliyyatları davam etdirməklə müharibənin nəticəsini yaxşılaşdırmağa ümid edə bilməz”, - ekspertlər izah ediblər.

Onlar həmçinin qeyd ediblər ki, Ukrayna ordusunun qələbələri “böyük olmalıdır”.

“Ukraynanın əməliyyat səviyyəsində çoxsaylı böyük qələbələri müharibənin danışıqlar yolu ilə həlli perspektivini yaratmaq və ya Putini hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün lazımdır”, - hesabatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ