“Palmali Holdinq”ə məxsus gəmi dənizdə batmaq təhlükəsi ilə üzləşən 600-dək miqrantı xilas edib.
“Denizhaber” xəbər verir ki, hadisə İoni dənizində baş verib.
Belə ki, holdinqə məxsus Liberiya bayraqlı gəmi Rostov hava limanından yüklənmiş 5.364 ton buğdanı Tunis/Sousse limanına aparan zaman təcili yardım siqnalı alıb. Gəmi istiqamətini dəyişərək qayıqla sərt dalğaların arasında təhlükəli vəziyyətdə olan 600-dək miqrantı xilas edib.
Təxliyə zamanı miqrantlardan dənizdə batan və ya xəsarət alan olmayıb.