Ermənistanda iki rusiyalı hərbçi yaralanıb

Ermənistanın cənubundakı Sünik rayonunda (Qərbi Zəngəzur) iki rusiyalı hərbçi yaralanıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilir ki, martın 21-i axşam saatlarında baş yaraları (güllə yarası deyil) olan iki hərbçi Qoris Tibb Mərkəzinə müraciət edib. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib və tezliklə evə buraxılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ