Dəniz PUA-ları Sevastopola hücum edib - video

Martın 22-də səhər saatlarında Rusiya Qara dəniz donanması Sevastopol körfəzinə suüstü pilotsuz təyyarələrin hücumunu dəf edib.

Bu barədə ilhaq edilmiş şəhərin qubernatoru Mixail Razvojayev məlumat verib.

“Bu saata qədər ümumilikdə üç obyekt məhv edilib. Körfəzdən keçməyə çalışdılar, dənizçilərimiz onlara atıcı silahlardan atəş açdılar. Həmçinin HHM sistemləri də işə düşüb”, - deyə o, Telegram kanalında yazıb.

Razvojayevin sözlərinə görə, hücum nəticəsində hərbi gəmilərə zərər dəyməyib, lakin məhv edilmiş PUA-ların partlaması nəticəsində bir neçə binada şüşələr qırılıb. Ölən və yaralananlar olmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ