Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, Pxenyan müharibənin qarşısını almaq üçün istənilən vaxt nüvə silahından istifadə etməyə hazır olmalıdır.
Onun sözlərini Şimali Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirib.
Qeyd olunur ki, dövlət başçısı ABŞ və Cənubi Koreyanı nəzərdə tutub. Belə ki, Pxenyan Birləşmiş Ştatları və Cənubi Koreyanı birgə təlimlərin miqyasını artırmaqda və bu təlimlərə nüvə qüvvələrini cəlb etməkdə ittiham edib.
Kim Çen Inın açıqlaması növbəti ballistik raketin buraxılışı fonunda edilib. Pxenyan bunu Vaşinqton və Seula sərt xəbərdarlıq etmək üçün nəzərdə tutulmuş taktiki təlim adlandırıb.