Ukrayna Baxmuta görə sursatsız qala bilər

Baxmutu müdafiə edərkən Ukraynanın bu yaza planlaşdırdığı böyük hücum üçün döyüş sursata qurtara bilər.

Bu barədə “The New York Times” ABŞ və AB-dəki mənbəyə istinadən yazır.

Ölkənin şərqindəki şəhərin Rusiyanın nəzarətinə keçməməsi üçün Ukrayna hərbçiləri hər gün minlərlə artilleriya mərmisi istifadə edirlər, bu da planlaşdırılan hücuma çətinliklər yarada bilər. Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, günlərlə davam edən artilleriya atəşindən sonra Pentaqon Kiyevi vacib məqamda sursat israfçılığı ilə bağlı xəbərdarlıq edib.

“ABŞ və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları üçün təchizatını artırmaq üçün Ukraynaya NATO və SSRİ standartlarına uyğun minlərlə artilleriya mərmisi və raket göndərməyə hazırlaşır. Bununla belə, bu, Kiyevə kömək etmək üçün “son çarə” olacaq, çünki Ukraynanın müttəfiqləri öz xərclərinin cari tempinə uyğunlaşmaq üçün kifayət qədər silah-sursata malik deyillər”, - deyə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

İstehsalçılar mərmilərin istehsalını artırırlar, lakin yeni tədarüklərin cari tələbatı ödəməyə başlaması bir neçə ay çəkəcək. Nəticədə, Ukraynanın 2023-cü ildə əks hücuma keçmək və işğal olunmuş ərazilərinin bir hissəsini geri qaytarmaq üçün cəmi bir cəhdi olacaq. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri daimi sursat çatışmazlığı ilə ezləşəcək.

Artıq cəbhədəki Ukrayna hərbçiləri kəskin mina və mərmi çatışmazlığı yaşayır və bəzi hallarda sursat çox baha olduğu üçün atəş aça bilmirlər. Bundan əlavə, ağır itkilər Ukraynanın irəliləməsinə mane ola bilər. Həmçinin komandirlər Baxmutu müdafiə etmək üçün bölmələr göndərmək və ya onlardan yaz hücumunda istifadə etmək seçimi qarşısında qalıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ