Ukrayna hərbçiləri Çin istehsalı olan PUA vurdular

Ukrayna hərbçiləri Çin istehsalı olan pilotsuz uçuş aparatını vurub. Bu barədə CNN məlumat yayıb. Nəşr bildirir ki, bu, hərbi əməliyyatlar üçün modifikasiya edilmiş “Mugin-5” kommersiya pilotsuz təyyarəsi olub.

Ukrayna hərbçiləri CNN-ə deyiblər ki, onlar kiçik silahlarla pilotsuz uçuş aparatı vurublar — cihaz çox aşağı hündürlükdə uçurdu. Telekanalın müxbiri PUA-nın gövdəsində güllə dəliklərinin göründüyünü təsdiqləyib.

CNN-ə müsahibə verən ekspertlərdən biri qeyd edib ki, dronda 3D çap edilmiş komponentlərdən hazırlanmış bomba buraxma mexanizmi var. Ekspert hesab edir ki, bu, dronun bir neçə dəfə istifadə olunması üçün nəzərdə tutulduğunu göstərir.

Dronların istehsalında ixtisaslaşan Çinin “Mugin Limited” şirkəti Ukraynada vurulan PUA-nın onların olduğunu təsdiqləyib. Şirkətdə pilotsuz uçuş aparatın bu cür istifadə edilməsi faktını qınayıblar. Şirkət daha əvvəl öz pilotsuz təyyarələrinin hərbi məqsədlər üçün istifadəsini pisləyən bəyanatla çıxış edib, həmçinin genişmiqyaslı müharibə başlayandan bəri Rusiya və Ukraynadan sifariş qəbulunu dayandırdığını bildirib.

CNN hadisə ilə bağlı şərh almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlasa da, hələlik cavab almayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ