Suriya Rusiyanın yeni sərhədlərini birləşmiş ərazilərlə tanıyır: DXR, LXR, Xerson və Zaporojye vilayətləri. Bunu RİA Novosti agentliyinə müsahibəsində ərəb ölkəsinin prezidenti Bəşər Əsəd deyib.
“Əlbəttə. Mən deyirəm ki, bunlar Rusiya əraziləridir və müharibə olmasa belə, tarixən Rusiyanın əraziləridir”, - Suriya lideri bildirib.
Əsəd xatırladıb ki, Suriya bu bölgələri hələ Rusiyaya birləşmədən əvvəl tanıyıb. O, Dəməşqin tarixi faktlara əsaslanan “aydın və eyni zamanda qətiyyətli” mövqeyində tərəddüd etməyəcəyini vurğulayıb.
“Onlar Ukraynaya təhvil verilib, bəlkə də təxminən 100 il əvvəl, məncə (Vladimir) Leninin dövründə. Orada Rusiya vətəndaşları yaşayır və yerdəki faktlar göstərir ki, bu, Rusiya torpağıdır”, - deyə Əsəd yekunlaşdırıb.