NATO qırıcıları Rusiya təyyarələrini ələ keçiriblər

Britaniya və Almaniya qırıcıları Estoniya hava məkanına yaxın uçan Rusiya təyyarələrini ələ keçirmək üçün qaldırılıb. Bu barədə “Upi” portalı mənbələrə istinadən yazır.

Bildirilir ki, hadisə çərşənbə günü, martın 15-də baş verib. Britaniya və Almaniya Hərbi Hava Qüvvələri Estoniya yaxınlığında NATO-nun birgə planlı əməkdaşlıq təftişi həyata keçirib. Daha sonra Rusiyanın AN148 təyyarəsini ələ keçirmək üçün Emari aviabazasından “Tayfun” qırıcıları havaya qaldırılıb.

Vizual identifikasiya və müşayiətdən sonra qırıcılar Rusiya təyyarəsinin qarşısını almağa göndərilib.

Nəşr xatırladır ki, müdaxilə Rusiyanın Su-27 qırıcısı və Amerikanın MQ-9 pilotsuz təyyarəsi ilə insident fonunda baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ