Argentinada inflyasiya illik 100%-i keçib - son 30 ilin rekord göstəricisi

Argentinada inflyasiya 1991-ci ildən bəri ilk dəfə illik ifadədə 100%-i keçərək son 30 ilin ən yüksək səviyyəsinə çatıb.

Bu barədə “The Financial Times” Argentina Milli Statistika və Siyahıyaalma İnstitutunun (INDEC) məlumatlarına istinadən məlumat yayıb.

Nəşr yazır ki, 2023-cü ilin fevralında Argentinada inflyasiya 6,6% sürətlənib, 2023-cü ilin ilk iki ayının ümumi rəqəmləri isə malların maya dəyərinin 13,1% artdığını göstərir.

12 ay ərzində Argentinada inflyasiya 102,5%-ə çataraq 1991-ci ildəki 102,4% səviyyəsini ötüb.

“Financial Times”ın məlumatına görə, Argentinada qiymətlərə nəzarət ilə bağl dövlət proqramı qəbul edilib, ölkə 1700 malın qiymətini dondurub. Lakin, bu, vəziyyətə əsaslı təsir göstərməyib - son bir ayda Argentinada ərzaq məhsullarının qiymətləri 10% artıb.

Analitiklər 2023-cü ildə ölkə iqtisadiyyatının 3% azalacağını proqnozlaşdırırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ