Zelenski Baxmut uğrunda döyüşlərdə rusiyalıların çoxsaylı itkiləri barədə

Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib ki, Baxmut istiqamətində gedən döyüşlərdə Rusiya çoxsaylı itkilər verir.

Onun sözlərinə görə, yalnız Baxmut istiqamətində Ukrayna hərbçiləri düşmənin 1100-dən çox əsgərini məhv edə bilib.

“Bunlar Rusiyanın əvəzolunmaz itkiləridir. Üstəlik, onlarla düşmən maşını məhv edilib. Üstəlik, Rusiya silah-sursat anbarları yandırılıb”, - Zelenski deyib.

Bir müddət əvvəl “Vaqner”in yaradıcısı Yevgeni Priqojin Baxmutda vəziyyətin çox ağır olduğunu bildirib: 

“Düşmən hər metr üçün vuruşur və biz şəhərin mərkəzinə nə qədər yaxın olsaq, döyüşlər bir o qədər ağır olur, artilleriya da bir o qədər çox vurur. Ukraynalılar sonsuz ehtiyatlarını döyüşə atırlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ