İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa edirlər

İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində keçirilən danışıqların yekunu üzrə birgə bəyanat imzalayıb və ölkələr arasında diplomatik münasibətlərin bərpasına razılaşıblar. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, tərəflər maksimum iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, həmçinin səfirlik və diplomatik nümayəndəliklərini açmaq barədə razılığa gəliblər. Xarici işlər nazirləri sazişin icrasının detallarını, habelə səfirlərin mübadiləsini razılaşdırmalıdırlar.

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani ilə Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musad Əl-Ayban arasında danışıqlar martın 6-dan 10-dək baş tutub.

Ər-Riyad 2016-cı ilin yanvarında İran hakimiyyətinin şiə din xadimi Nimr əl-Nimrin edamını tənqid etməsindən və Səudiyyə Ərəbistanının İran paytaxtında səfirliyini yandırmasından sonra Tehranla diplomatik əlaqələri kəsib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ