Rusiya Ukraynada ələ keçirdiyi NATO silahlarını İrana göndərir - CNN

Ukraynada müharibə başlayandan Rusiya bir neçə dəfə döyüş meydanında ələ keçirdiyi ABŞ və NATO ölkələrinin silah və texnikasını İrana göndərib. Bu barədə CNN-ə məsələ ilə bağlı məlumatlı dörd mənbə bildirib.

Telekanalın həmsöhbətlərinin sözlərinə görə, son bir il ərzində NATO, ABŞ və digər Qərb ölkələrinin hökumət strukturları müttəfiqlər tərəfindən Kiyevə çatdırılan kiçik, daşınan silah növlərinin RF qoşunları tərəfindən ələ keçirilməsi bağlı bir neçə hal qeydə alıb. Söhbət Amerikanın “Javelin” tank əleyhinə raket komplekslərindən və “Stinger” zenit-raket sistemlərindən gedir.

CNN mənbələri bildirirlər ki, bu halların əksəriyyətində Rusiya ələ keçirilən silahları İrana göndərib, orada onlar sökülüb yoxlanılıb. Ehtimal olunur ki, İran hərbçiləri bu silahın öz versiyasını yaratmağa çalışırmış. Kanalın həmsöhbətlərinin fikrincə, Moskva da öz növbəsində Tehranı Rusiyanın işğalını dəstəkləməyə davam etməyə sövq edir.

ABŞ rəsmiləri problemi böyük və ya sistemli görmürlər, lakin etiraf edirlər ki, bu cür göndərişləri izləmək çətindir. CNN-in məlumatına görə, müharibə başlayandan Ukrayna hərbçiləri Rusiya ordusu tərəfindən Amerika silahlarının ələ keçirilməsi ilə bağlı Pentaqona məlumat verir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ